Bu gün Topaz Premyer Liqasında XXVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun 3 görüşü paytaxtda baş tutub.
Çempionatın son 4 turunda qələbə qazanan “Qəbələ” bu dəfə AZAL-ın qonağı idi. Matç hər iki tərəf üçün böyük önəm kəsb edirdi. AZAL Avrokuboka vəsiqə qazanmaq iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. “Qəbələ”yə də 3 xal hava-su kimi lazım idi. Roman Qriqorçukun yetirmələri həm də revanşı almaq arzusunda idilər. Çünki “qırmızı-qaralar” buna qədər AZAL-la keçirdikləri 3 görüşdə cəmi 1 xal qazana bilmişdilər. Azarkeşlər gərgin mübarizə gözləsələr də, "Qəbələ" 16 dəqiqə ərzində rəqibin müqavimətini qırıb. Cavid Hüseynovun dublu və Viktor Mendinin qolu ilə fasiləyə 3 top fərqi ilə öndə yollanan "Qəbələ" ikinci hissədə daha bir dəfə fərqlənərək böyükhesablı qələbə qazanıb. Bu qələbə sayəsində də "Qəbələ" yenidən 4-cü pilləyə yüksəlib.
Turun daha bir maraqla gözlənilən qarşılaşması Zaqatalada oynanılıb. Ötən turda AZAL üzərində vacib qələbə qazanan “Simurq” bu dəfə “Neftçi” ilə üz-üzə gəlirdi. "Flaqman” mövsümü ikinci yerdə bitirmək üçün çalışırsa, zaqatalalılar 4-cü pillədə möhkəmlənmək niyyətində idi. Həm də "Simurq" 3 xal sayəsində “Neftçi”yə yaxınlaşa da bilərdi. Ancaq daha təcrübəli "Neftçi" səfərdən qələbə ilə dönməyi bacarıb. Qollarını sıralamaqda davam edən Nikolas Kanalesin sona yaxın vurduğu yeganə qol həm "Neftçi"nin 3-cü pillədəki mövqeyini möhkəmlədib, həm də 2-ci yerdəki "İnter"lə aradakı xal fərqinin qorunmasına kömək olub. "Simurq" isə yenidən 4-cü pilləni "Qəbələ"yə təhvil verib.
Keçən turda “Qarabağ”la qolsuz heç-heçə edən “İnter” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. “Sumqayıt” üzərindəki əzmkar qələbədən sonra cənub klubunda əhval-ruhiyyə yüksək olsa da, komandanın heyətlə bağlı problemləri var idi. Əsasını gənc oyunçular təşkil edən “Xəzər Lənkəran”da Sadio Tounkara və Alfred Sanko cəzalı duruma düşdükləri üçün “İnter”lə matçı buraxmışdılar. Bu da görüşün nəticəsinə öz təsirini göstərib. Digər tərəfdən "Qarabağ"ın xal itirməsi də “İnter”i ruhlandırmışdı. İkinci hissədə 2 qol vuraraq turu itkisiz keçirən Kaxaber Sxadadzenin komandası liderlə aradakı xal fərqini də 7-yə endirib.
Qeyd edək ki, XXVIII turda “Sumqayıt” istirahət edib.
Topaz Premyer Liqası
XXVIII tur
5 aprel (bazar)
“Bakı” – “Qarabağ” - 1:1
Qollar: Nurlan Novruzov, 39 (pen.) - Reynaldo, 26;
İlk 3 dövrədəki oyunlar: 2:2, 2:4, 1:4
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
“Bakı”: 12. Elxan Əhmədov , 2. Nicat Əsgərov, 5. Georgios Pelagias , 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov (k), 19. Eltun Hüseynov, 55. Aydın Mustafazadə, 11. Tural Qürbətov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular:
1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 7. Nuran Qurbanov, 15. Azad Kərimov, 21. Elşad Manafov, 45. Mahir Mədətov, 17. Elmin Əsgərli
Baş məşqçi: İbrahim Uzunca
“Qarabağ”: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 11. Danilo Dias, 21. Tural Rzayev, 24. Admir Teli
Baş məşqçi: Qurban Qurbanov
AZAL – “Qəbələ” - 0:4
Qollar: Cavid Hüseynov, 24; Viktor Mendi, 26; Cavid Hüseynov, 40; Ekiqo Ehiosun, 86;
İlk 3 dövrədəki oyunlar: 2:1, 3:3, 1:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
AZAL Arena
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 21. Novruz Məmmədov (k), 13. Şəhriyar Rəhimov, 3. Xuan Fransisko, 7. Təmkin Xəlilzadə, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 20. Freddi Mombonqo, 25. Valeriy Kutsenko.
Ehtiyat oyunçular:
85. Kamal Bayramov, 22. Eltun Yaqublu, 5. Kərim Diniyev, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 23. Aleksandr Şemonayev, 55. Fərid Hacıyev
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular:
30. Anar Nəzirov, 5. Sadiq Quliyev , 6. Rəşad Sadiqov , 16. Ruslan Tağızadə , 25. Adrian Ropotan
32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk
“Simurq” – “Neftçi”- 0:1
Qol: Kanales, 81;
İlk 3 dövrədəki oyunlar: 1:2, 1:0, 0:0
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Zaqatala şəhər stadionu
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 10. Rəşad Eyubov, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Cihan Özkara, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 13. Əli Gökdemir, 25. Oruc Balaşlı
Baş məşqçi: George Çixradze
“Nefçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə , 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov
Ehtiyat oyunçular:
30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 9. Flavinyo, 17. Rəhman Hacıyev, 28. Emin Mehdiyev, 29. Cavid Muxtarzadə.
Baş məşqçi: Arif Əsədov
“İnter” – “Xəzər Lənkəran”- 2:0
Qollar: Derlis Meza Kolli, 53 (pen.); Vojislav Stankoviç,76;
İlk 3 dövrədəki oyunlar: 0:1, 3:1, 2:1
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov
“İnter Arena”
“İnter” 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 12. Franka Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 11. Asif Məmmədov, 15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli, 22. Əfran İsmayılov, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze
“Xəzər Lənkəran” 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 4. Ruslan Cəfərov, 23. Cavid Bağırzadə, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov
|
1 |
Qarabağ |
25 |
16 |
6 |
3 |
40-21 |
54 |
|
2 |
İnter |
25 |
12 |
11 |
2 |
40-12 |
47 |
|
3 |
Neftçi |
25 |
13 |
6 |
6 |
30-18 |
45 |
|
4 |
Qəbələ |
25 |
10 |
7 |
8 |
34-32 |
37 |
|
5 |
Simurq |
25 |
10 |
5 |
10 |
35-27 |
35 |
|
6 |
AZAL |
25 |
8 |
7 |
10 |
27-35 |
31 |
|
7 |
Xəzər L |
25 |
7 |
5 |
13 |
30-38 |
26 |
|
8 |
Sumqayıt |
24 |
4 |
7 |
13 |
23-36 |
19 |
|
9 |
Bakı |
25 |
2 |
6 |
17 |
16-56 |
12 |
Bombardirlər: Draqan Çeran ("Simurq"), Nurlan Novruzov ("Bakı") - 12 qol