Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bir qarşılaşmadan ibarət olan mərhələ çərçivəsində 7 görüş baş tutub.
Bu görüşlərdən 6-da Topaz Premyer Liqasının klubları I divizion təmsilçilərini sınağa çəkib. Həmin görüşlərdə sürpriz qeydə alınmayıb.
Belə ki, “Qəbələ” “Ağsu”nu 3:0, “Neftçi” “Qaradağ Lökbatan”ı eyni hesabla 3:0, AZAL “Neftçala”nı 2:1, “Qarabağ” MOİK-i 4:2, “Simurq” “Rəvan”ı 6:0 və “İnter” “Şahdağ”ı 3:0 hesabı ilə məğlub edib.
İki elita klubu – “Bakı” və “Sumqayıt” arasında matç isə günün ən maraqlı dueli olub. Premyer Liqada sonuncu olmamaq üçün mübarizə aparan autsayderlər bu dəfə 1/4 finala vəsiqə üçün üz-üzə gəlib. 90 və qarşılaşmaya əlavə edilən 30 dəqiqə ərzində qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə “zolaqlılar” daha dəqiq oyunayaraq, adını növbəti mərhələyə yazdırıb – 3:4.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın ölkədaxili yarışlarda çıxışlarını dayandırdığından “Xəzər Lənkəran” 1/4 finala vəsiqəni oynamadan qazanıb.
Azərbaycan kuboku, 1/8 final
3 dekabr (çərşənbə)
“Şahdağ” – “İnter” - 0:3
QOL: Baçana Sxadadze, 11 (p), Elvin Məmmədov, 40, Mirsahib Abbasov, 90+1
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Munis Abdullayev, Ramil Əhmədov
“İnter Arena” stadionu
“Şahdağ”: 23. Samir Quliyev, 53. Məhəmməd Hüseynov, 19. İlkin Sədullayev, 9. İsabala İsrafilov (k), 88. Vüqar Asəliyev, 10. Elmar Yahyabəyov, 8. İqrar Səmədov, 6. Emin Əmiraslanov, 26. Dilmuxamed Yusupov, 7. Mahiddin Ağamov, 2. Elşən Əliyev
Ehtiyat oyunçular: 11. Marat Muradov, 99. Tərlan Salmanov, 14. Faiq Ağarəhimov, 77. Zeynal Hacıyev, 3. Osman Osmanov, 17. Ramin İsaqov, 38. Əli Nəzürov
Baş məşqçi: Telman Cavadov
“İnter”: 1. Giorgi Lomaya (k), 3. Laşa Salukvadze, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 15. Yohan Bokonyano, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 30. Abbas Hüseynov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 9. Mirzağa Hüseynpur, 12. Franka Nildo, 13. Mirsahib Abbasov, 17. Məhəmməd Mirzəbəyov, 18. Mənsur Nəhavəndi, 27. Dieqo Madriqal
Baş məşqçi: Kaxaber Sxadadze
“Qəbələ” – “Ağsu” - 3:0
Qollar: Bəxtiyar Soltanov, 1, 22, Pavol Farkaş, 64
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Akif Əmirəli, Teymur Fərhadov
Qəbələ şəhər stadionu
“Qəbələ”: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 8. Markus Vidal, 10. Dodo, 15. Ruslan Abışov (k), 21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 4. Elvin Camalov, 11. Andrey Kristea, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Dorinel Munteanu
“Ağsu”: 13. Əli Həsənli, 4. Ruslan Həsənov, 15. Elçin Həşimov, 6. Elvin Cəbrayıllı, 3. Fərrux Rəhimov, 8. Natiq Kərimi (k), 19. Ramil Əliyev, 11. Qalib Əmrahov, 18. Əbülfət Abbasov, 14. Elnur Səmədov, 9. Fərmayıl Əliyev
Ehtiyat oyunçular: 1. Sadiq Ramazanov, 10. Tural Rzayev, 7. Malik Babayev, 20. Tanrıverdi Məhərrəmli, 24. Vurğun Həsənzadə, 5. Seyid İsgəndərov, 2. Ülvi Qaçaylı
Baş məşqçi: Rüfət Quliyev
“Neftçi” – “Qaradağ Lökbatan” - 3:0
Qollar: Ernest Nfor, 17, Ruslan Qurbanov, 75, Denis Silva, 78
Qırmızı vərəqə: Kaue da Silva, 67
Hakimlər: Vüsal V. Əliyev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Mahir Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 11. Nikolas Kanales, 17. Nicat Qurbanov, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehtiyev, 90. Ernest Nfor, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 12. Pavel Doroşevs, 7. Araz Abdullayev, 15. Erik Ramos, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 33. Orxan Bəşirov, 88. Mirkamil Haşımlı
Baş məşqçi: Arif Əsədov
“Qaradağ Lökbatan”: 1. Anar Məhərrəmov, 15. Vüsal Səfərov, 5. Vüsal İsmayılov, 20. Elmir Məmmədov, 18. Taleh Muradov, 85. Ramal Hüseynov, 17. Asim Babazadə, 7. Anar Həsənov (k), 6. Əbülfəz Hüseynli, 19. Rüfət Məmmədov, 11. İlham Allahverdiyev
Ehtiyat oyunçular: 12. Ravil Məhəmmədov, 16. Nail Səfərov, 9. Mehdi Mehdiyev, 2. Yasin Yaqubzadə, 13. Vüqar Əlibabayev, 3. Aydın İslamov, 10. Sərxan Ağayev
Baş məşqçi: Adil Mahmudov
“Neftçala” – AZAL - 1:2
Qollar: Məhəmməd Alıyev, 10 - Freddi Mombonqo, 89, Laşa Kasiradze, 90+2
Qırmızı vərəqələr: Elvin Adışirinli, 90+4 - Xuan Fransisko, 90+4
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Xəlil Hüseynli
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
“Neftçala”: 1. Ramil Kərimov, 5. Musa Rəhimov, 7. Nakim Vəliyev (k), 10. Məhəmməd Alıyev, 14. Habil Nurəhmədov, 17. Vaquf Güləliyev, 21. Elvin Adışirinli, 22. Məhəmməd Xəlilov, 38. Mübarək Şahquliyev, 85. Rüfət Musayev, 99. Məhəmməd Bədəlbəyli
Ehtiyat oyunçular: 12. Novruz Rəhimov, 6. Mehman Məmmədov, 8. Cəmil Rəhimli, 9. Murad Ağakişiyev, 11. Ramil Mansurov, 15. David Janalidze, 20. Aqşin Həşimov
Baş məşqçi: Kamal Quliyev
AZAL: 16. Stanislav Namaşko, 15. Oskars Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov, 30. Seymur Əsədov, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 9. Aydın Qasımov, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu. 23. Tural Nərimanov
Baş məşqçi: Tərlan Əhmədov
“Sumqayıt” – “Bakı” - 0:0 (penaltilərlə 3:4)
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Mehman Mahmudov, Fərid Məmmədov
“Kapital Bank Arena”
“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 5. Cəmil Hacıyev, 9. Orxan Əliyev, 11. Kiyan Sultanpur, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə, 96. Budaq Nəsirov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev
Baş məşqçi: Aqil Məmmədov
“Bakı”: 1. Aqil Məmmədov, 19. Eltun Hüseynov, 18. Əziz Quliyev, 6. Vüqar Bəybalayev, 8. Lukas Mario Horvat (k), 30. Cəmşid Məhərrəmov, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 5. Georgios Pelagios, 11. Tural Qürbətov, 85. Jaba
Ehtiyat oyunçular: 26. Davud Əsgərov, 20. Valeh Seyidov, 45. Mahir Mədətov, 4. Ülvi Süleymanov, 37. Mikayıl Rəhimov, 9. Raul Yaqubzadə, 21. Elşad Manafov
Baş məşqçi: İbrahim Uzunca
“Qarabağ” – MOİK - 4:2
Qollar: İnnosent Emeqara, 6, Riçard Almeyda, 7, Maksim Medvdev, 49; Vüqar Nadirov, 71 - Rəfail Qəvvami, 35, Röyal Nəcəfov, 88
Hakimlər: Xəlil Xəlilov, Coşqun Həsənov, Elşən Acalov, Orxan Məmmədov
"Dalğa Arena"
“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. İnnosent Emeqara, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 23. Tural İsgəndərov, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov
MOİK: 25. Mirafiq Həsənzadə, 2. Zahid Quliyev, 6. Süleyman Piriyev, 3. Azər Həbibov, 20. Tural Məmmədli, 17. Cavidan Ağayev (k), 4. Cavid Həziyev, 10. Ülfət Hüseynov, 15. Şərəfəddin Camalov, 8. Rafael Qəvami, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Həzrət Hüseynli, 14. Araz İbadlı, 11. Fərman Ədilov, 13. Fərid Fətullayev, 7. Əli Mehrivari, 18. Cavidan Şükürov, 21. Zəlimxan Quliyev
Baş məşqçi: Namiq Adilov
“Simurq” – “Rəvan” - 6:0
Qol: Draqan Çeran, 11; 55, Marko Stanoyeviç, 57, Əli Gökdemir, 58, Rəşad Eyyubov, 73, Stepan Polyak, 80
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu
“Simurq”: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 20. İdan Vaytsman, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 25. Oruc Balaşlı, 26. Benjamin Lambot, 33. Kənan Müslümov
Baş məşqçi: George Çixradze
“Rəvan”: 1. Aydın Bayramov, 57. Orxan Məmmədov, 5. Şahin Kərimov, 97. Anar Həsənov, 6. Fərman Qənbərov, 14. Yamin Ağakərimzadə, 7. Pərvin Paşayev (k), 10. Elgün Abbaslı, 9. Əli Bağırov, 99. Orxan Həsənov, 89. Vüsal Qarayev
Ehtiyat oyunçular: 22. Ələkbər Vəliyev, 11. Amil Yunanov, 8. Məmməd Quliyev, 16. İmran Təhmirazlı, 3. Rəşad Hacızadə, 94. Əli Əliyev, 4. Muxtar İsmayılov
Baş məşqçi: Ramil Əliyev
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək