Bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Nitsa şəhərindəki "Akropolis" konfrans sarayında baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
AFFA-nın baş katibi Elxan Məmmədov və yığmanın almaniyalı baş məşqçisi Berti Foqtsla təmsil olunduğumuz tədbirdə komandamız çox çətin qrupa düşüb. H qrupuna 1-ci səbətdən 4 qat dünya çempionu İtaliya qarşısında əsl imtahan verəcək komandamız üçün Xorvatiya da çox çətin rəqibdir. İlk iki yerə əsas namizəd olan bu cütlükdən başqa, Norveçlə Bolqarıstan da Fransadakı final mərhələsinə iddia edəcək.
Həlledici mərhələyə ilk dəfə 24 vəsiqə oynanıldığından, bu 4 komanda var qüvvəsi ilə çalışacaq. 3-cü yer arzusu olan millimizin bu mübarizəyə qoşulması o qədər də inandırıcı deyil. Lakin Foqtsun yetirmələri sonuncu səbətdən çıxan rəqib – Maltadan 6 xal almağa borcludur.
Qeyd edək ki, seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünüb. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq. 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da AVRO-2016-ya qatılacaq. Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək. Ümumilikdə, bu 23 milli meydan sahibi Fransa ilə yanaşı final mərhələsində çıxış edəcək.
A qrupu
Hollandiya, Qazaxıstan, İslandiya, Latviya, Türkiyə, Çexiya
B qrupu
Bosniya və Hersoqovina, Andorra, Kipr, Uels, İsrail, Belçika
C qrupu
İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna
D qrupu
Almaniya, Cəbəllütariq, Gürcüstan, Şotlandiya, Polşa, İrlandiya
E qrupu
İngiltərə, San-Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə
F qrupu
Yunanıstan, Farer adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya, Macarıstan
G qrupu
Rusiya, Lixtenşteyn, Moldova, Çernoqoriya, Avstriya, İsveç
H qrupu
İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç, Xorvatiya
İ qrupu
Portuqaliya, Albaniya, Ermənistan, Serbiya, Danimarka
Qeyd edək ki, seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq. 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da AVRO-2016-ya qatılacaq. Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək. Ümumilikdə, bu 23 milli meydan sahibi Fransa ilə yanaşı final mərhələsində çıxış edəcək.