AVRO-2016-nın seçmə mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində qitənin bütün ölkələri özləri üçün arzulanan və istənilməyən qrupları müəyyənləşdirir. Apasport.az saytının məlumatına görə, iki dəfə seçmə mərhələlərdə Azərbaycan yığmasının rəqibi olmuş Rusiya da istisna deyil.
Şimallılar əvvəlki iki Bakı səfərində heç-heçə ilə kifayətləndiyini unutmayıblər. Bu üzdən də onlar yenidən millimizlə qarşılaşmaq istəmir.
“Sport Ekspress”in püşkatma ilə bağlı hazırladığı yazıdan da başadüşülən məhz budur. Öz oxucularının fikirləri əsasında qurulan yazıda bir müəllifin seçimi də yer alıb. Bu seçimə əsasən Azərbaycanla eyni qrupa düşmək təhlükəlidir. Bu üzdən də millimiz rusiyalıların tərtib etdiyi “Ölüm qrupu”nda yer alıb.
“Olüm qrupu”: Rusiya, Ukrayna, Rumıniya, Şotlandiya, Azərbaycan, Qazaxıstan
“Həyat qrupu”: Rusiya, Danimarka, Türkiyə, Finlandiya, Moldova, San-Marino.