[b]AVRO-2016: Millimizi topa tutan rəqib[/b]
23.02.2014 - 16:40
[b]AVRO-2016: Millimizi topa tutan rəqib[/b]

 

Fransada keçiriləcək növbəti Avropa çempionatında millimizin qrupdakı rəqiblərindən biri Norveç millisidir. Apasport.az saytının məlumatına görə, Skandinaviya təmsilçisi yığmamızın yer aldığı H qrupuna III səbətdən çıxıb.

 

Son 4 dünya və 3 Avropa çempionatına vəsiqə qazana bilməsə də, qitənin şimal yığması millimiz üçün uğursuz rəqiblərdən biri sayılır. Belə ki, Norveçlə bir dəfə eyni qrupda artıq mübarizə aparmışıq. Bu, 1998-ci ildə Fransada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində olub. Həmin vaxtlar Norveç futbolunun yüksəliş dövrünə təsadüf edirdi.

 

Millimiz seçmə mərhələnin ilk görüşünü məhz 1996-cı ildə Norveçə qarşı keçirmişdi. İyunun 2-də keçirilən görüşdə norveçlilər millimizi topa tutmuşdu. Təxminən 1 il sonra Bakıda keçirilən matçda da rəqib 3 xalı qazanan tərəf olmuşdu.

 

DÇ-1998-in seçmə mərhələsi

 

02.06.1996. Oslo. Norveç – Azərbaycan 5:0

06.09.1997. Bakı. Azərbaycan – Norveç 0:1