Azərbaycan klubları avrokuboklar tarixində 3-cü dəfə səfərdə keçirdiyi ilk qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Apasport.az az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin İslandiyada keçirilən qarşılaşmasında “Hafnarfyordur”a qalib gələn “İnter”ə qədər yalnız “Qarabağ” eyni hesablı qələbə qazanmışdı.
1999-cu ildə ağdamlılar İsraildə Hayfa “Makkabi”sini 2:1 hesabı ilə məğlub etmişdi. “Qarabağ” Bakıdakı cavab oyununda 0:1 hesabı ilə yenilsə də, mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşmüşdü. Bu, İntertoto kubokunda qeydə alınmışdı.
2010-cu ildə səfərdəki ilk oyunda 2:1 hesabı ilə qazanılan 2-ci qələbəmiz gerçəkləşib. Bu dəfə də fərqlənən “Qarabağ” olub. Ağdamlılar “Portadaun”la (Şimali İrlandiya) ev oyununda da qalib gələ bilməyib – 1:1. Amma bu da Avropa Liqasında mərhələ keçməyə yetərli olub.
Qeyd edək ki, “İnter” İslandiya klubu ilə ev oyununu iyulun 23-də keçirəcək.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi