Avropa çempionatı darmadağınlarla başladı
29.01.2014 - 09:08
Avropa çempionatı darmadağınlarla başladı

Futzal üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Belçikada keçirilən yarışın ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

Qitə birinciliyi darmadağınlarla başlayıb. Çempionatın favoritlərindən olan Rusiya Hollandiyanı 7:1 hesabı ilə məğlub edib. Meydan sahibləri isə Rumıniya ilə görüşdə aciz qalıb – 1:6.

 

Qeyd edək ki, ardıcıl 3-cü dəfə yarışa qatılan Azərbaycan millisi ilk oyununu yanvarın 31-də keçirəcək.


Avropa çempionatı
Qrup mərhələsi

I tur
28 yanvar
A qrupu

Belçika – Rumıniya – 1:6

B qrupu
Rusiya – Hollandiya – 7:1