Azərbaycan kubokunun final oyununa hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün son oyununu Əliyar Ağayev idarə edəcək.
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində iştirak etdiyindən çempionatın son turlarını buraxan FİFA referisi “Qəbələ” və “Neftçi” arasında qarşılaşmada fit çalacaq.
Azərbaycan kuboku, final oyunu
22 may (cümə axşamı)
20:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu