Avropa çempionatının “azərbaycanlı” ağsaqqalı
28.01.2014 - 10:34
Avropa çempionatının “azərbaycanlı” ağsaqqalı

Bu gün start götürəcək futzal üzrə Avropa çempionatının ən yaşlı və ən gənc oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Belçikada baş tutacaq final mərhələsinin “ağsaqqalı” Azərbaycan millisinin üzvü Biro Jadedir. Milliləşən braziliyalı 4 gün əvvəl 41 yaşını qeyd edib.

 

Yığmamızla 3-cü dəfə Avropa çempionatının final mərhələsinə yollanan futzalçı ən yaxın izləyicilərindən 2 il 2 ay böyükdür. Jade Belçikada forma geyinəcək ən gənc futzalçıdan 20 il 4 ay böyükdür. Bu isə o deməkdir ki, braziliyalı oğlu yaşında rəqiblərlə üz-üzə gələcək.

 

Avropa çempionatının ən yaşlıları:

 

Biro Jade (Azərbaycan) - 24.01.1973

Roman Mareş (Çexiya) - 15.03.1975

Lusio (Belçika) – 04.07.1975

Dabid Şimon (Çexiya) - 14.06.1975

Libor Gerçak (Çexiya) - 22.07.1975

Maksim Pavlenko (Ukrayna) - 15.09.1975

 

Avropa çempionatının ən gəncləri:

Nikita Faxrutdinov (Rusiya) - 20.05.1993

Omar Rahu (Belçika) – 19.07.1992

Abdelhak El Qadaui (Belçika) – 12.04.1992

 

Qeyd edək ki, Avropa çempionatları tarixində final mərhələlərinin ən yaşlı oyunçusu da millimizin üzvüdür. Artıq karyerasını bitirən Andrey Tveryankin AVRO-2012-də 44 yaşında forma geymişdi.