“Qalatasaray” futbol klubu Avropanın ən böyük klublarından matç keçirmək təklifləri alıb. Apasoprt.az saytının məlumatına görə, aralarında “Real”, “Atletiko”, “Bavariya”, PSJ və digərlərinin olduğu komandalar “aslana” təkliflər yağdırırlar.
“Qalatasaray” ardıcıl ikinci il Çempionlar Liqasında göstərdiyi oyunla Avropa klublarının diqqətini cəlb edib. İndiyə qədər çempionatdakı mövqeyi dəqiqləşmədiyi üçün təklifləri bir kənara atan “Qalatasaray”, artıq siyahıya nəzər yetirməyə başlayıb. Son turda heç bir möcüzə baş verməsə öz meydanında “Ərciyəzspor”a qalib gələrək Çempionlar Liqasına birbaşa qatılma hüququ qazanacaq “Qalatasaray”ın mövsümə rahat hazırlaşmaq fürsəti yaranacaq.
Hazırda Avropa klubları “Sarı-qırmızılarla” oynamaq üçün yarışa giriblər. Siyahının başında bu mövsüm Çempionlar Liqasının finalında görüşəcək “Real Madrid”lə “Atletik Madrid” gəlir. İtaliyadan “Yuventus” və “Milan” “aslana” təklif göndərib. Almaniyada “Bavariya”, İngiltərədə “Çelsi” cavab gözləyir.
Məlumata görə, “Qlatasaray»la oynamaq istəyən böyük klubların siyazısı belədir: “Mançester Yunayted”, “Çelsi”, “Real”, “Atletiko”, “Yuventus”, “Milan”, “Bavariya”, “Şalke”, PSJ, “Milan” , “Yuventus” “Ayaks”, “Benfika” “Porto”.