"Rubin" və "Trabzonspor" səfərdə büdrədi, "Ayaks" darmadağın oldu - YENİLƏNİB
21.02.2014 - 02:00
"Rubin" və "Trabzonspor" səfərdə büdrədi, "Ayaks" darmadağın oldu - YENİLƏNİB

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli turnirində bütün görüşlər bir gündə baş tutub.

 

Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu İspaniyada meydana çıxıb. Kazanlılar La Liqanın autsayderi “Betis”lə münasibətlərinə aydınlıq gətiriblər. Qrup mərhələsini zirvədə başa vuran Rusiya təmsilçisi 10 nəfərlə tamamladığı matçda meydanı 1:1 bərabərliklə tərk edib.

 

Futbolsevərlərimiz maraqla gözlədiyi digər görüş isə İtaliyada keçirilib. Qardaş ölkə Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə A Seriyasının lideri “Yuventus”la üz-üzə gəlib. Ölkə çempionatında işləri heçdə yaxşı getməyən və son olaraq baş məşqçisi Mustafa Akçayla yolları ayıran Qara dəniz təmsilçisini çətin sınaq gözləyirdi. Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər – 2:0.

 

 

UEFA Avropa Liqası, 1/16 finalın ilk oyunları 

20 fevral

 

"Anji" (Rusiya) - "Genk" (Belçika) - 0:0

Qırmızı vərəqə: İlya Maksimov, 89 ("Anji")

 

 PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 0:1

QOL: Lima, 59

"Dinamo" (Kiyev, Ukrayna) - "Valensiya" (İspaniya) - 0:2

QOL: Varqas, 79, Fequli, 90

"Liberets" (Çexiya) - "Alkmaar" (Hollandiya) - 0:1

QOL: Vierqever, 89

"Dnepr" (Ukrayna) - "Tottenhem" (İngiltərə) - 1:0

QOL: Konoplyanka, 81 (pen.)

"Yuventus" (İtaliya) - "Trabzonspor" (Türkiyə) - 2:0

QOL: Osvaldo, 16, Poqba, 90+4

"Çernomorets" (Ukrayna) - "Lion" (Fransa) - 0:0

 "Esbyerq" (Danimarka) - "Fiorentina" (İtaliya) - 1:3

QOL: Pusiç, 10 - Matri, 8, İliçiç, 15, Aquilani, 37 (pen.) 

 

"Ayaks" (Hollandiya) - "Zalsburq" (Avstriya) - 0:3

QOL: Soriano, 14 (pen.), 35, Mane, 21

"Latsio" (İtaliya) - "Ludoqorotes" (Bolqarıstan) - 0:1

QOL: Bezyak, 45

Qırmızı vərəqə: Kavanda, 73 - Svetoslav Dyakov, 55 

"Makkabi" (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) - 0:0

"Porto" (Portuqaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:2

QOL: Kuarejma, 44, Varela, 68 - Xoselu, 72, Sandro, 77 (avtoqol)

"Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya) - 2:2

QOL: Morales Ta, 33 Vrsiç, 81- Qameyro, 47, Fazio, 72

"Viktoriya" (Çexiya) - "Şaxtyor" (Ukrayna) - 1:1

QOL: Tekl, 62 - Adriano, 65

"Betis" (İspaniya) - "Rubin" (Rusiya) - 1:1

QOL: Vila, 3 - Yeremenko, 74 (pen.)

Qırmızı vərəqə: Aleksandr Prudnikov, 28 ("Rubin")

"Suonsi" (İngiltərə) - "Napoli" (İtaliya) - 0:0