Avropada ilk transfer bombası
09.05.2014 - 20:31
Avropada ilk transfer bombası

 

“Barselona” futbol klubundan ayrılmaq istədiyi bildirilən Dani Alves özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Fransnın “L'Equipe” qəzeti braziliyalı futbolçunun növbəti mövsümdən PSJ-də oynayacağını yazıb.

 

Həmişə ciddi xəbərləri ilə tanınan fransız qəzeti Alvesin artıq 99 faiz “Pari Sen-Jermen”lə anlaşdığını qeyd edir. 6 ildir “Barselona”da oynayan Alves mövsümün sonunda “Nou Kamp”la vidalaşacaq. Bundan sonra onun yerinə sağ yarımmüdafiədə gənc oyunçu Martin Montoyanın oynayacağı güman edilir.