Final mərhələsi 2016-cı ildə Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin payızında keçiriləcək mərhələnin 52 iştirakçısı 13 qrupa bölünüb.
İsveçrənin Nyon şəhərindəki tədbirdə final mərhələsinə birbaşa qatılan Azərbaycan millisi və elit-raunddan yarışa qoşulacaq Almaniyadan başqa bütün millilər öz rəqiblərini tanıyıb.
Seçmə mərhələ
1-ci qrup: İsveçrə, Hollandiya, Albaniya, Uels
2-ci qrup: Belarus, Rusiya, Monteneqro, Kipr
3-cü qrup: İsveç, İrlandiya, Malta, Finlandiya
4-cü qrup: Macarıstan, Gürcüstan, Rumıniya, Slovakiya
5-ci qrup: Serbiya, Avstriya, Lüksemburq, Litva
6-cı qrup: Polşa, İspaniya, Latviya, Andorra
7-ci qrup: Xorvatiya, Çexiya, Cəbəllütariq, Lixtenşteyn
8-ci qrup: Danimarka, İslandya, Yunanıstan, Qazaxıstan
9-cu qrup: İngiltərə, Portuqaliya, San-Marino, Ermənistan
10-cu qrup: Türkiyə, Belçika, Farer adaları, Sloveniya
11-ci qrup: Norveç, Fransa, İsrail, Şimali İrlandiya
12-ci qrup: İtaliya, Şotlandiya, Bolqarıstan, Makedoniya
13-cü qrup: Ukrayna, Bosniya və Herseqovina, Moldova, Estoniya
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək