Avropanın ən yaxşı braziliyalısı bəlli oldu
01.01.2015 - 21:27
Avropanın ən yaxşı braziliyalısı bəlli oldu

Hər il ənənəvi olaraq Braziliyada məşhur "Sambafoot" saytının təşkil etdiyi "Samba d'Or" mükafatının qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, sözügedən ölkə jurnalistləri Avropa klublarında çıxış edən ən yaxşı “sambaçı”nı seçiblər.

 

Ən çox səsi isə “Barselona”da forma geyinən Neymar toplayıb. O, həmkarlarımızın 29,2 faiz səsini qazanaraq, 1-ci olub. 2-ci yerə Madrid “Atletiko”sunun futbolçusu Miranda, 3-cü pilləyə isə Türkiyə "Qalatasaray"ının yarımmüdafiəçisi Felipe Melo layiq görülüb.