UEFA azərbaycanlı hakimlərə təyinat verib. Apasport.az saytının məlumatına görə, FİFA referisi Rəhim Həsənov Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq.
Bu oyun oktyabrın 21-də, Tiflisdə keçiriləcək. Həsənova Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.
Digər FİFA hakimi Orxan Məmmədov və köməkçisi Yaşar Abbasov isə 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupuna təyinat alıblar. Onlar oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq qrup matçlarında ədaləti qoruyacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Avstriya, Serbiya və Litva yığmaları da mübarizə aparacaq.