Ayaz Mehdiyevsiz komandası üzüldü
14.09.2014 - 22:16
Türkiyə PTT I Liqasında II turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yay “transfer pəncərəsi”ndə “Girəsunspor”a keçən Ayaz Mehdiyevin komadası evdə “Adana Dəmirspor”la münasibətlərinə aydınlıq gətirib.
Görüşdə qonaqlar tək qolla qələbə qazanıb – 0:1.
Bu matçda Ayaz “18-liy”ə daxil edilməyib. Təmsilçimiz ötən tur “Samsunspor”la (0:0) keçirilən matçda olduğu kimi yenə oyunu kənardan izləyib.
Qeyd edək ki, 2 oyundan 1 xalı olan “Girəsunspor” turnir cədvəlinin 15-ci pilləsində yer alır.
0
0