Aysal açıqladı: Arda İngiltərəni istəyir
05.04.2014 - 01:33
Aysal açıqladı: Arda İngiltərəni istəyir

“Qalatasaray” başqanı Ünal Aysal Türkiyə millisinin və “Atletiko Madrid”in futbolçusu Arda Turanın keçmiş klubuna dönmək şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Aysal Ardanın İngiltərəyə getmək istədiyini vurğulayıb.

 

“Qalatasaray” başqanı klubun televiziyasına verdiyi geniş açıqlama zamanı Ardanın da gələcək taleyinə toxunub: “Bura Ardanın evidir. Onun kimi oyunçunu həmişə “Qalatasaray” sıralarına qatmaq istərdik. Amma mənim bildiyimə görə, Arda İngiltərə çempionatında qüvvəsini sınamaq niyyətindədir”.