“Qalatasaray” başqanı Ünal Aysal bəzi önəmli açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Aysal komandanın azarkeşlərini narahat edən Mançini və Droqbanın getməsi məsələsinə toxunub.
“Qalatasaray” başqanı italiyalı mütəxəssis Roberto Mançini ilə davam etmək istədiklərini bildirib: “Mənim Mançini ilə ən kiçicik problemim və tərəddüdüm yoxdur. Amma Mançini bizimlə yola davam etmək istəməsə, qərarına hörmət edəcəyəm. Hələlik hədəfimiz son oyunumuzda qalib gələrək Çempionlar Liqasına birbaşa vəsiqə qazanmaqdır. Sonra isə Mançininin qərarına görə işimizi quracağıq”.
Aysal Droqba barədə də danışıb: “Droqba ilə bəzi görüşlərimiz olub. Amma hələlik qəti qərar yoxdur. Bir oyunumuz var. Son oyundan sonra Droqba ilə yenidən görüşəcəyik. Bu görüşdən sonra Droqbanın getmək qərarı qətiləşsə, mütləq yerinə ulduz futbolçu alacağıq. Əlbəttə, fikirlərimiz və alternativ planlarımız var. Amma Droqba ilə hər şeyi danışmadan heç bir addım atmayacağıq”.