AZAL-da biri qayıtdı, 3-ü getdi
11.02.2014 - 05:48
AZAL-da biri qayıtdı, 3-ü getdi

Topaz Premyer Liqasındakı son Sumqayıt oyununu cəza səbəbindən buraxan AZAL-ın futbolçusu Con Oluremi yenidən heyətə qayıdıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, buna baxmayaraq heyətlə bağlı problemlər hələ də aktuallığını qoruyur.

 

Belə ki, son oyunda 4-cü sarı vərəqəsini alan Cavid Tağıyev növbəti turda meydançaya çıxa bilməyəcək. Bundan əlavə Xuan Fransisko və Samuel Barlay da zədə səbəbindən məşqlərə qatıla bilmir. Çox güman onların hər ikisi “Qarabağ”la matçda iştirak edə bilməyəcəklər.

 

Qeyd edək ki, “Qarabağ” – AZAL qarşılaşması fevralın 15-də T ofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.