AZAL-da yeni kapitan
12.04.2014 - 13:20
AZAL-da yeni kapitan

Topaz Premyer Liqasının XXX turunun bu gün keçiriləcək “Qəbələ” – AZAL oyununun start heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 11 turdur qələbə qazana bilməyən qonaqlar matça yeni kapitanla çıxıb.

Belə ki, qışda transfer olunan Rəşad Abdullayev heyətində 7 oyun keçirdiyi komandada ilk dəfə kapitan kimi meydana çıxacaq. Buna əsas kapitan Cahangir Həsənzadənin ehtiyatda qalması səbəb olub.

“Qəbələ”: 1. Kamran Ağayev (k), 6. Volodimir Levin, 7. Marat İzmaylov, 9. Viktor Mendi, 10. Luis Hilario, 11. Yannik Kamanan, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva, 44. Rafael Santos
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 8. Nizami Hacıyev, 16. Ruslan Tağızadə, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 45. Murad Musayev
Baş məşqçi: Yuri Syomin

AZAL: 1. Ruslan Məcidov, 15. Oskars Klava, 4. Jose Junior Ailton, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 3. Aleksandr Şemonayev, 27. Rəşad Abdullayev (k), 26. Kərim Diniyev, 18. Samuel Barlay, 10. Con Oluremi, 17. Viktor İqbekoyi
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 20. Branislav Arsenyeviç, 8. Qərib İbrahimov, 19. Orxan Səfiyaroğlu, 23. Tural Nərimanov, 89. Nedo Turkoviç
Baş məşqçi: Tərlan Əhmədov