AZAL-dan darmadağın
18.01.2014 - 15:09
AZAL-dan darmadağın

Bakıda hazırlığını davam etdirən AZAL növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Vaqif Sadıqovun yetirmələri I divizionda mübarizə aparan “Şahdağ”la qarşılaşıblar. Oyun Premyer Liqa təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

 

AZAL bu gün daha bir görüşə çıxacaq. Bakı təmsilçisi “Sumqayıt”la da gücünü yoxlayacaq.

 

Qeyd edək ki, AZAL yanvarın 15-də də 1 gündə 2 oyun keçirmişdi. Həmin vaxt “Şuşa”ya 3:0 hesabı ilə qalib gələn komanda “Qaradağ Lökbatan”a 2:3 hesabı ilə uduzmuşdu.