AZAL hazırlıqları davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Şüvəlandakı bazasında hazırlaşır.
Ötən gün isə ikitərəfli oyun keçirilib. Həm düşərgəyə yeni qoşulanların, həm də əvəzedici komandanın bəzi üzvlərinin də qatıldığı görüşdə müxtəlif səbəblərdən Ruslan Məcidov, Viktor İqbekoyi, Rəşad Abdullayev və Freddi Mombonqo iştirak etməyib.
Görüş isə “qırmızılar”ın “yaşıllar” üzərində 2:0 hesablə qələbəsi ilə yekunlaşıb. Qolları doğum gününü qeyd edən Xuanfran və Aydın Qasımov vurub. Hər iki qol ötürməsi isə yeni transfer Nicat Qurbanovun aktivinə yazılıb.
Qeyd edək ki, plana görə növbəti yoxlama matçı yanvarın 15-də keçirilməlidi. Hələ ki rəqibin kimliyi müəyyənləşməyib.