AZAL-ın 83 dəqiqəlik transferi özünə klub tapdı
11.03.2014 - 10:07
AZAL-ın 83 dəqiqəlik transferi özünə klub tapdı

Qış fasiləsində AZAL-dan ayrılan Freddi Borq özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı isveçli hücumçu karyerasını vətənində davam etdirəcək.

 

Azərbaycanda karyerası uğursuz alınan və Topaz Premyer Liqasının ən yarıtmaz transferlərindən sayılan Borq “Trelleborq”la anlaşıb. Aşağı dəstə klubuna keçən hücumçu 3 illik legioner həyatına son qoyub. Belə ki, Freddi AZAL-a gəlməzdən əvvəl Almaniya klublarının şərəfini qoruyurdu.

 

Qeyd edək ki, Borq AZAL-da cəmi 6 oyun keçirib və 83 dəqiqə meydanda olub.