AZAL-ın futbolçusu Azərbaycana gələ bilmir
13.02.2015 - 12:27
AZAL-ın futbolçusu Azərbaycana gələ bilmir

AZAL-ın braziliyalı yarımmüdafiəçisi Eduardo Konseysao Türkiyədə əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, sağ dizinin ön çarpaz bağları qopan futbolçunun 2 saat çəkən əməliyyatı uğurlu alınıb.

 

Hazırda Ankaradakı xəstəxanada olan Eduardonun fevralın 14-də Bakıya dönüşü planlaşdırılırdı. Lakin həmin günə bilet tapılmadığından, 29 yaşlı futbolçunun gəlişi yubanacaq. O, gələn həftənin ilk günündə Bakıda olmalıdı. Paytaxtımızdakı klinikalardan birində qalacaq Eduardonun bərpa dövrü 5-6 ay çəkəcək. Yəni “sambaçı” üçün cari mövsüm başa çatıb.

 

Qeyd edək ki, Eduardo Konseysao AZAL-ın əvəzedici komandasının heyətində XIX turda “Neftçi” ilə matçda zədələnmişdi.