AZAL-ın futbolçusu cəmi 8 dəqiqə oynadı
04.09.2014 - 09:23
AZAL-ın futbolçusu cəmi 8 dəqiqə oynadı

AZAL-ın futbolçusu Stanislav Namaşko Ukrayna millisinə qarşı oynayıb. Apasport.az saytının məlumatına görə, Kiyevin “Olimpiyski” stadionunda Moldova yığması Ukraynanın qonağı olub.

 

Görüşdə yeganə qolu 63-cü dəqiqədə Kiyev “Dinamo”sunun hücumçusu Roman Bezus vurub. Amma Bezus qolu Namaşkonun qoruduğu qapıdan keçirməyib. Belə ki, 27 yaşlı qolkiper meydana yalnız 82-ci dəqiqədə “Mordoviya”nın futbolçusu İlie Çebanunu əvəzləməklə daxil olub.

 

Qeyd edək ki, Moldova yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu sentyabrın 8-də Monteneqro millisinə qarşı keçirəcək.