AZAL-ın Gürcüstana gedəcəyi tarix dəqiqləşdi
06.01.2015 - 18:43
AZAL-ın Gürcüstana gedəcəyi tarix dəqiqləşdi

Digər klublardan fərqli, təlim-məşq toplanışı üçün Antalyaya yollanmayan AZAL Gürcüstana səfər edəcək. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in qonşu ölkəyə yollanacaqları tarix də artıq müəyyənləşib.

 

Tərlan Əhmədovun yetirmələri Gürcüstana yanvarın 23-də yola düşəcəklər. İki günlük səfərdə məqsəd bu ölkənin klublarından biri ilə yoxlama oyunu keçirməkdi. Yanvarın 24-də baş tutacaq görüşdə rəqibin kim olacağı hələlik bəlli deyil. Paytaxt klubunun rəsmiləri Gürcüstanın 2-3 komandası ilə danışıq aparırlar. Tiflisdə məskunlaşacaq AZAL çox güman ki, elə bu şəhərin təmsilçilərindən biri ilə üz-üzə gələcək. 

 

Qeyd edək ki, AZAL qış fasiləsində Adil Nağıyev, Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Tomi Kostadinov, Luis Ramos, Orxan Səfiyaroğlu və Con Kordoba ilə yolları ayırdığı halda, komandaya hələlik heç kim transfer edilməyib.