AZAL-ın ilk səhvi
02.04.2015 - 13:59
AZAL-ın ilk səhvi

Topaz Premyer Liqasının XXVII turu AZAL-ın penalti zərbəsini ilk dəfə qaçırması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, cari mövsüm 11 metrlik nöqtədən vurduğu bütün zərbələr qolla nəticələnən 3 klubdan biri olan “təyyarəçilər” ilk səhvini Zaqatalada buraxıb.

 

Freddi Mombonqo “Simurq”la qarşılaşmada hesabı bərabərləşdirmək imkanını qaçırıb. AZAL-ın kapitanı və əsas penalti ustası Rəşad Abdullayevin cəzalı olması üzündən topa yaxınlaşan afrikalı şansı boşa verib. Hərçənd, bakılıların əvvəlki 4 penalti vuruşunda xəta olmamışdı.

 

Bundan sonra mövsümdə penalti qaçırmayan iki klub qalıb. Bunlar “”Qəbələ” və “Neftçi”di. Amma sonuncular cəmi 1 penalti vurub.

 

Ümumiyyətlə isə mövsümün 33 belə zərbəsindən 26-sı qolla nəticələnib: “Qarabağ”, “Simurq” – hər ikisi 6 penalti (1-i qeyri dəqiq), AZAL – 5 (1), “Qəbələ” – 4,

“Sumqayıt”, “Xəzər Lənkjəran”, “Bakı” - hamısı 3 (1), “İnter” – 2 (1), “Neftçi” – 1.

 

Penalti ilə cəzalananlara gəlincə isə yalnız “İnter”in qapısına belə zərbə təyin edilməyib: “Bakı” – 7, AZAL – 5 (1), “Qəbələ” - 5, “Neftçi” – 4 (2), “Simurq” – 4 (1), “Xəzər Lənkəran”, “Qarabağ” – hər ikisi 3 (1), “Sumqayıt” – 2 (1).

 

Futbolçular arasında şərikli rekord Cavid Hüseynov (“Qəbələ”) və Rəşad Abdullayevə (AZAL) məxsusdu. Onların hər ikisi yerinə yetirdiyi 4 penaltidə 100 faiz dəqiqlik göstərib.