AZAL-ın qapıçısı: Hədəfimiz avrokubokdu
14.01.2015 - 10:33
AZAL-ın qapıçısı: Hədəfimiz avrokubokdu

“AZAL-ın Azərbaycan çempionatındakı hədəfi avrokuboklara vəsiqə verən 3-4-cü yerlərdən birini tutmaqdı”. Apasport.az xəbər verir ki, bu sözləri AZAL-ın qapıçısı Stanislav Namaşko deyib.

 

Moldova mətbuatına açıqlama verən təcrübəli qolkiper Azərbaycanı tərk etmək barədə düşünmədiyini də vurğulayıb: “AZAL yaxşı komandadı. Burda yaxşı oyunçular və futbol oynamaq üçün normal şərait var. O ki qaldı gələcək karyerama, hələ Moldovaya qayıtmağa hazırlaşmıram. Əgər nə vaxtsa dönsəm, yəqin ki, Tiraspol klublarından birinə keçərəm”.

 

Qeyd edək ki, Moldova yığmasının da qapısını qoruyan Stanislav Namaşko AZAL-a mövsümün əvvəlində Tiraspol təmsilçisi “Dinamo-Auto”dan keçmişdi.