AZAL-la oyun öncəsi ciddi itkilər
27.10.2014 - 18:15
AZAL-la oyun öncəsi ciddi itkilər

Topaz Premyer Liqasının IX turunda “Araz Naxçıvan”ı böyükhesabla məğlub edən "Simurq" ara vermədən növbəti oyunun hazırlıqlarına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün səhər saatlarında yağış altında keçirilən məşqdə futbolçular iki qrupa bölünüb. Son görüşdə əsas heyətdə forma geyinən futbolçular qaçış və isinmə hərəkətlərindən sonra məşqi fitness zalda davam etdirib. Qalanları isə qısa ötürmələr və qapıya zərbələrdən sonra ikitərəfli oyun keçirib. 

 

Sabah komanda Zaqatalada son hazırlığını keçəcək. Ondan sonra "sarı-qaralar" Bakıya yola düşəcək. "AZAL"la oyun öncəsi son məşqini isə qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da edəcək.   

 

"Simurq" "təyyarəçilər"lə görüşə ciddi itkilərlə çıxacaq. Zədəli Adam Banas və Murad Səttarlı ilə yanaşı, Benjamin Lambotda bu matçda forma geyinə bilməyəcək. Belçikalı futbolçu "Araz Naxçıvan"la oyunda sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək edə bilməyəcək. 

 

Qeyd edək ki, "AZAL" - "Simurq" qarşılaşması oktyabrın 29-da saat 17:00-da start götürəcək.

0