AZAL 2014-cü ildə “uça bilmədi”
21.05.2014 - 10:15
AZAL 2014-cü ildə “uça bilmədi”

AZAL 2013/2014-cü il mövsümünü 18 qələbəsiz oyunla başa vurub. Apasport.az saytının məlumatına görə, 2013-cü il dekabrın 20-də “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 2014-cü ildə qələbə qazana bilməyib. Bununla, bakılılar Azərbaycan çempionatlarının 22 illik tarixinin 15 ən uzun qələbəsiz seriyalar sırasına düşüblər.

 

Bu siyahıya isə hərəyə 32 matç qalib gələ bilməyən “Şəfa” və “Dinamo” başçılıq edir. AZAL-a qədər sonuncu böyük uğursuz 20 oyun qələbə qazana bilməyən “Kəpəz” olmuşdu. Gəncəlilər ötən mövsüm belə halla üzləşmişdi. AZAL bu seriyalar arasında MOİK və “Muğan”la eyni göstəriciyə malik olub 13-15-ci yerlərə şərik çıxıb.