AZAL: 1 gündə 2 oyun
16.01.2014 - 16:56
“Dünən 2 yoxlama oyunu keçirtdik. Rəqiblər I divizion təmsilçiləri idi. Əvvəl “Şuşa, ardınca “Qaradağ Lökbatan”la qarşılaşdıq. İlk görüşdə 3 cavabsız qolla qalib gəlsək də, digər matçda 2:3 hesabı ilə uduzduq”. Bu sözləri apasport.az saytına AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Əksər Premyer Liqa klublarından fərqli olaraq, AZAL mövsümün ikinci yarısına ölkə daxilində hazırlaşır. “Təyyarəçilər”in yoxlama matçında ilk rəqibləri I divizon təmsilçilər olub. Vaqif bəy bildirib ki, təlim-məşq toplanışı dönəmində baxışdan keçirdikləri oyunçular arasında bəyəndikləri olmayıb: “Baxışda olanları yoxlama matçlarında da sınadıq. Açığı, bəyəndiyimiz futbolçu olmadı. Yanvarın 18-də də 1 gündə 2 matç keçirəcəyik. Saat 11:00-da “Şahdağ”la, 16:00-da isə “Sumqayıt”la oyunumuz var. Bu görüşlərdə daha 4-5 oyunçu yoxlayacağıq. Transfer xətrində transfer etmək fikrimiz yoxdur. Lakin istərdim ki, 2-3 yeni futbolçu alaq, buna ehtiyacımız var. Biz yoxlama matçlarda yalnız baxışda olanları deyil, rəqib komandaların heyətində yer alan oyunçuları da nəzərdən keçiririk. Transfer məsələlərinə bu həftə yekun vurmalıyıq”.
Qeyd edək ki, AZAL növbəti yoxlama matçını yanvarın 23-də “Araz Naxçıvan”la keçirəcək.

0
0