AZAL bu gün qış hazırlığı çərçivəsində dördüncü yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər “Bakı” ilə qarşılaşıb.
“AZAL Arena”da baş tutan görüşdə Tərlan Əhmədovun yetirmələri minimal hesablı qələbə qazanıb – 1:0. Matçda yeganə qolu oyunun 14-cü dəqiqəsində Seymur Əsədov vurub.
Qeyd edək ki, AZAL öncəki 3 matçda 2 heçə-heçə (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) və 1 qələbəyə (“Sumqayıt” – 1:0) sevinib. Komandanın növbəti, həm də qış fasiləsindəki sonuncu yoldaşlıq görüşü yanvarın 24-də baş tutacaq. Rəqib I divizion təmsilçisi “Şuşa” olacaq.