AZAL ciddi itki ilə üzləşdi
08.03.2015 - 19:47
Topaz Premyer Liqasında XV turu çərçivəsində “Bakı”nı 2:0 hesabı ilə məğlub edən AZAL ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, "təyyarəçilər"in futbolçusu Viktor İqbekoyi zədələnərək, oyunu yarımçıq tərk edib.
İlkin müayinədən sonra nigeriyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu aşkarlanıb. İqbekoyinin zədəsinin nə vaxta qədər davam edəcəyi sabahkı müayinədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, AZAL-ın qollarını Aydın Qasımov (79) və Nicat Qurbanov (90+1) vurub.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0