AZAL Gürcüstan səfərindən imtina etdi
15.01.2015 - 14:23
AZAL-ın Gürcüstan səfəri baş tutmayacaq. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.
Ölkə daxilində hazırlıq keçən “təyyarəçilər”in yanvarın 23-də qonşu ölkəyə yollanması və ertəsi gün bir yoxlama görüşü keçirərək vətənə dönməsi planlaşdırılırdı. Lakin rəhbərlik normal sparrinq rəqib tapa bilmədiyindən, Gürcüstana yollanmaqdan imtina edilib. Paytaxt klubu qış toplanışını yalnız öz bazasında keçirməklə kifayətlənəcək.
Qeyd edək ki, ilk iki dövrdədən sonra Topaz Premyer Liqasında 7-ci pillədə qərarlaşıb.
0
0