Bakının AZAL klubu Peşəkar Futbol Liqasına (PFL) şikayət məktubu göndərib. Apasport.az saytının məlumatına görə, sənəddə paytaxt təmsilçisinin Topaz Premyer Liqasının XX turu çərçivəsində “Sumqayıt”la görüşündə baş verənlərdən narazılığını ifadə edib.
Qarşılaşmanın baş hakim Elvin Əsgərovun idarəçiliyindən narazı qalan AZAL iradlarımı çempionatın təşkilatçısına çatdırmağı lazım bilib. Məktubda klub rəsmiləri hakim Əsgərovun müəyyən oyun epizodlarında çıxardığı qərarlarla razılaşmadığını bildirərək onun idarəçiliyinə düzgün qiymət verilməsini xahiş ediblər. Çox güman AFFA-nın İntizam Komitəsinin iclasında bu məsələyə baxılacaq və hakimin qərarlarına qiymət veriləcək.