“AZAL Arena”nın süni örtüklü meydançasında yaranan problem üzündən Topaz Premyer Liqasının oyunlarını “Dalğa Arena”da keçirən AZAL yenidən doğma stadiona qayıda bilər”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov şəxsi “facebook” səhifəsində paylaşıb.
Onun sözlərinə görə, avqustun əvvəllərindən idman qurğusunda aparılan təmir işləri artıq yekunlaşmaq üzrədi: “Meydançada olan nasazlıqlar ardan qaldırılıb. Yaxınlarda xaricdən dəvət olunan əcnəbi mütəxəssis də görülən işlərdən razı qalıb. Onun verdiyi müvafiq təlimatlara tam əməl olunub. 2010-cu ildə bu süni örtüyü meydançaya döşəmiş Hollandiyanın “EDEL GRASS” şirkətinin baş mütəxəssisi Berri Bey iki həftə əvvəl “AZAL Arena”nı təftiş edərək, labarator müayinə üçün meydançadan nümunələr götürmüşdü. Otun keyfiyyətinin və ölçülərinin müfaviq normalara cavab verdiyini bildirən hollandiyalı mütəxəssis keyfiyyətdən düşən rezin qum dənəcəklərinin dəyişdirilməsini və stadiona gündəlik xidmətin səviyyəsinin yaxşılaşdırılmasını məsləhət görmüşdü. Bu səbəbdən 10 tona yaxın yeni rezin dənəciklər səpilib və müydançanın suvarılma intensivliyi artırılıb. Bundan başqa, yüklənmənin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb və bir neçə komandanın məşqləri, oyunları başqa stadiona keçirilib. İndi “AZAL Arena”da yalnız əsas komanda təlim keçir”.
Yusifov qeyd edib ki, stadionda cari təmir işləri başa çatdığı üçün klub rəhbərliyi xüsusi komissiya tərəfindən təftiş aparılması üçün PFL-ə rəsmi müraciət etməyi planlaşdırır: “Bayramdan sonra bu baş verəcək. Ona görə də Topaz Premyer Liqasının VII turunun AZAL - “Rəvan” matçının Şüvəlanda keçiriləcəyi istisna olunmur”.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"