AZAL Türkiyəyə gedəcək
16.05.2014 - 11:45
AZAL Türkiyəyə gedəcək

Cari mövsüm büdcəsi azaldıldığı üçün istədiyi oyunu nümayiş etdirə bilməyən AZAL yeni mövsümə hazırlıq planını tərtib edib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” bunun üçün yaxşı hazırlıq keçmək istəyir.

 

Topaz Premyer Liqasının son turunda baş tutacaq “İnter”lə oyundan sonra komanda istirahətə çəkiləcək. Ancaq mayın 18-i və ya 19-da AZAL-da toplantı keçiriləcək. Məhz burda komandanı kimlərin tərk edəcəyinə aydınlıq gələcək. Əcnəbi futbolçuların biletləri isə artıq mayın 20-nə alınıb. 

 

Hazırlıq planı isə təxminən belədir: Tərlan Əhmədovun yetirmələri iyunun 15-16-da bir araya gələcək. Bakılılar daha sonra Türkiyəyə yola düşəcək. Ancaq qardaş ölkədəki məkanın hara olacağı hələ müəyyənləşməyib.