AZAL U-21 millimizə qalib gəldi
24.03.2015 - 21:05
AZAL U-21 millimizə qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar olaraq, Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən AZAL bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” 21 yaşlılardan ibarət yığmamızla üz-üzə gəlib.

 

Görüşdə Tərlan Əhmədovun yetirmələri böyükhesablı qələbə qazanıb - 3:0. AZAL-ın qollarını Aydın Qasımov, Oskars Klyava və Valeri Kursenko vurub.