AZAL yoxlama görüşü keçirdi
06.09.2014 - 19:07
AZAL yoxlama görüşü keçirdi

 

AZAL yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “AZAL Arena”da baş tutan qarşlaşmada əsas komanda əvəzedicilərlə qarşılaşıb.  

 

“1-ci komanda” hər hissədə 3 qol vuraraq yekunda 6:0 hesablı qələbə qazanıb. Qolları Rəşad Abdullayev (12-p.), Təmkin Xəlilzadə (35; 40), Con Kordoba (62) və Freddi Mombonqo (64; 72) vurub.

 

Qeyd edək ki, sabah AZAL istirahət edəcək. Bazar ertəsindən etibarən isə birbaşa Premyer Liqanın 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la görüşə hazırlığa start veriləcək.