Azarkeşlər del Boskenin getməsini istəyirlər
20.06.2014 - 20:55
Azarkeşlər del Boskenin getməsini istəyirlər

İspaniyanın “Marca” qəzeti milli komandada mümkün dəyişikliklərlə bağlı oxucular arasında sorğu keçirib. Apasport.az saytının məlumatına görə, sorğu ilk növbədə baş məşqçi Visente del Boskenin gələcək taleyi ilə bağlı olub.

 

İspaniya millisinin azarkeşlərinin 68,5 faizi del Boskenin dərhal istefaya göndərilməsini tələb edib. Futbolçular arasında isə Xavi Ernandes (94,2 faiz), David Vilya (91,1 faiz) və Fernando Torresin (89,9 faiz) bir daha milliyə çağırılmaması tələb olunub.

 

Ümumilikdə sorğuda 150 min oxucu iştirak edib.

 

 

0