Cavid İmamverdiyevin “Elazığspor”la yaşadığı problem Türkiyədə, konkret olaraq Elazığda ciddi narazılığa yol açıb. Apasport.az xəbər verir ki, klubun azarkeşləri və yerli mətbuat yığmamızın yarımmüdafiəçisinin komandadan ayrılmaq istəməsinin səbəbini “Elazığspor” rəhbərliyində görür.
PTT I Liqa təmsilçisi Caviddən öncə köməkçi məşqçi Fatih Akyel, eləcə də futbolçular Atilla Yıldırım və Birol Hikmətlə yollarını ayırmışdı. Elazığ qəzetləri problemin klubdan qaynaqlandığını və Cavidin də bu üzdən ayrılmaq istədiyini vurğulayıblar. İmamverdiyevin yerli azarkeşlər tərəfindən sevildiyini qeyd edən KİV onun gedişinin ciddi itki olacağını düşünür.
Qeyd edək ki, “Elazığspor” prezidenti Səlçuk Öztürk bildirib ki, Cavid İmamverdiyevin onlarla 2017-ci ilin yayına qədər müqaviləsi var və futbolçu təzminat ödəməmiş heç yerə keçə bilməz. Millimizin üzvü isə komandasının sabah çempionat oyunu olmasına baxmayaraq, düşərgəni tərk edərək Azərbaycana gəlib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı