Azarkeşlər Messini “Barselona”dan buraxmır
15.01.2015 - 01:12
Azarkeşlər Messini “Barselona”dan buraxmır

“Barselona”nın baş məşqçisi Luis Enrike komandadan gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, o, Lionel Messinin Kataloniya klubundan ayrılmayacağını deyib.

 

Təcrübəli çalışdırıcı vurğulayıb ki, azarkeşlər argentinalı hücumçunu “Barsa”da görmək istəyir: “Biz yazılan şərhlərdən və şayiələrdən çəkinirik. Paltar dəyişmə otağında əla atmosfer var. Biz inanırıq ki, Messi növbəti mövsüm də “Barselona”da qalacaq və azarkeşlər də bunu istəyirlər. Lionel getməyi planlaşdırmır”.