Azərbaycanda keçiriləcək “IV Caspian Cup” beynəlxalq turnirinin ilk təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 29-da start götürəcək yarışın ilk günündə 16 yerli hakim meydana çıxacaq.
17 yaşadək futbolçulardan ibarət komandaların mübarizəsində Azərbaycan yığmasının qarşılaşmasını da hakimlərimiz idarə edəcək. İlk turun Bolqarıstanla oyununda bu funksiyanı Orxan Məmmədov yerinə yetirəcək.
U-17-lər arasında “IV Caspian Cup” beynəlxalq turniri
29 may (cümə axşamı)
C qrupu
16:30. Yaponiya – Tacikistan
Hakimlər: Alik Yunusov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov
Sumqayıt şəhər stadionu
B qrupu
18:00. İran – Qırğızıstan
Hakimlər: Etibar Həsənov, Akif Əmirəli, Vüsal Qənbərov, Elgün Hüseynov
“Dalğa Arena” stadionu
D qrupu
20:00. Türkiyə – Qazaxıstan
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Ağaəli Əlizadə
Sumqayıt şəhər stadionu
A qrupu
21:00. Azərbaycan U-17 – Bolqarıstan
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Ceyhun Haşımov
“Dalğa Arena” stadionu