Azərbaycan – Filippin oyununun vaxtı müəyyənləşib
15.02.2014 - 12:18
Azərbaycan – Filippin oyununun vaxtı müəyyənləşib

Azərbaycan milli komandasının növbəti oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 5-də Filippin yığması ilə baş tutacaq qarşılaşmanın başlama saatı bəlli olub.

 

BƏƏ-nin Dubay şəhərində keçiriləcək görüş saat 19:00-da başlayacaq. Bu matç “Əl-Şabab” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, millimiz tarixində ilk dəfə Filippinlə görüşəcək.