Azərbaycan – Özbəkistan oyununun biletləri satışda
14.08.2014 - 09:00
Azərbaycan – Özbəkistan oyununun biletləri satışda

Azərbaycan və Özbəkistan milli komandaları arasında yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmaya biletləri oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.

 

Oyunu izləmək istəyənlər qiyməti 2, 4 və 20 manat olan biletləri indidən ala bilər. Avqustun 20-dəki görüş saat 21:00-da başlayacaq.

 

Mənbə: affa.az