Azərbaycan çempionatına 16 klubla davam
28.08.2014 - 12:01
Azərbaycan çempionatına 16 klubla davam

Sabah futbol üzrə Azərbaycan I Divizionunun 2014/2015 mövsümünün püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

 

Yeni mövsümdə futbol üzrə Azərbaycan I Divizionunda 16 komanda çıxış edəcək. Bunlardan “Rəvan”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Şahdağ”, “Şuşa”, “Turan-T”, “Mil-Muğan”, “Lokomotiv”, “Şəmkir”, MOİK, “Kəpəz”, “Bakılı”, “Göyəzən”, “Energetik” və “Zirə”dir.

 

Yarışların ilk turu 6-7 sentyabr tarixlərində keçiriləcək.