Azərbaycan çempionu “Vardar”la anlaşdı
07.02.2014 - 11:11
Azərbaycan çempionu “Vardar”la anlaşdı

Azərbaycan millisinin sabiq baş məşqçisi Qyoko Hacıyevski yeni vəzifəyə təyinat alıb. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis yenidən vətənində çalışacaq.

 

Azərbaycanda milli ilə yanaşı, “Bakı” və “Simurq” klublarını çalışdıran, paytaxt təmsilçisi ilə Azərbaycan çempionu adını qazanan Hacıyevski uzun illər rəhbərlik etdiyi “Vardar”a qayıdıb. Bu komandanı dəfələrlə titullara daşıyan çalışdırıcının yenidən baş məşqçi olacağı gözlənilsə də, onu klubun futbol direktoru təyin ediblər. Baş məşqçi postuna isə rusiyalı Sergey Andreyev dəvət olunub.