Azərbaycan çempionu Braziliyada oynayacaq
03.01.2015 - 15:04
Azərbaycan çempionu Braziliyada oynayacaq

“Neftçi”nin sabiq futbolçusu Bruno Bertuççi özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.

 

4 ildən sonra vətəninə qayıdan 24 yaşlı arxa xətt oyunçusu “Portuqeza” ilə anlaşıb.  2014-cü ildə B seriyasında sonuncu olan komanda bu il C seriyasında mübarizə aparacaq. Bruno “Neftçi” yolları ayrıldıqdan sonra cəmi 1 ay klubsuz qalıb.

 

Qeyd edək ki, Bertuççi 2012/13 mövsümündən formasını geydiyi “Neftçi””də ümumilikdə 82 oyun keçirib, 3 qol vurub. Müdafiəçi bu müddətdə Azərbaycan çempionu titulunu və 2 dəfə ölkə kubokunu qazanıb.