Zaqatalanın “Simurq” klubu Topaz Premyer Liqasının VI turunun hazırlıqlarına bu gün başlayacaq. Apasport.az saytının məlumatına görə, V turda doğma arenada "Qəbələ"yə məğlub olan komanda qarşılaşmanın ertəsi bərpa xarakterli məşqə çıxıb.
Bundan sonra bir günlük istirahətə buraxılan “Simurq”un bu axşam başlayacaq məşq prosesində bütün futbolçular iştirak edəcək. Zədə səbəbindən "Qəbələ" ilə oyunda meydana çıxa bilməyən Əli Gökdəmir, Vüqar Mustafayev və Murad Səttarlı da bugünkü çalışmalarda qatılacaq.
Qeyd edək ki, VI turda “Simurq” Azərbaycan çempionu “Qarabağ”ın qonağı olacaq. Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.