Azərbaycan çempionu üçün təqvim
04.04.2014 - 15:43
Azərbaycan çempionu üçün təqvim

Futzal üzrə UEFA kubokunun növbəti mövsümünün təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarış ilkin və əsas mərhələnin iyulun 3-də keçiriləcək püşkatma ilə start götürəcək.

 

İlkin mərhələnin oyunları avqustun 26-31-də, əsas raundun qarşılaşmaları isə sentyabrın 30-dan oktyabrın 5-dək davam edəcək. Bundan sonra növbəti püşkatma baş tutacaq.  Oktyabrın 10-da elit raundun qrupları bilinəcək. Böyük ehtimalla Azərbaycan təmsilçisi də mübarizəyə buradan qoşulacaq. Bu görüşlər isə noyabrın 18-23-nə təyin olunub.

 

Növbəti “Dördlər finalı”nın püşkünün tarixi həmin oyunların ev sahibinin kimliyi bilinmədiyindən dəqiqləşməyib. Lakin yarımfinalları 2015-ci il aprelin 23-24-də, final və 3-cü yer uğrunda qarşılaşmanın 25-26-da olacağı məlumdur.